Nazir: MİQ imtahanlarında 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri yüksək olub
Bakı, 30 iyun, AZƏRTAC
Müəllimlərin işə qəbul (MİQ) imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 51, MİQ-də iştirak etməyənlərin sertifikatlaşdırmada orta balı 42 olub.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə söyləyib.
Nazir bildirib ki, əvvəlki dövrdə MİQ imtahanlarında iştirak edərək 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub (keçid faizi – 99). Onların 62 faizi sertifikatlaşdırma imtahanından 51 bal və daha yuxarı nəticə əldə edib.
2022-ci ildən etibarən MİQ balları maksimum 100 bal üzərindən hesablanır. Oxşar müqayisənin aparılması üçün 60 ballıq şkalaya gətirilib.
Müxbir – Tünzalə Zeyvəliyeva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]