Nazir müavini: Balıqçılıq və toxumçuluq sahələrində rəqəmsallaşmanın tətbiqi əsas yeniliklərdəndir
Bakı, 1 sentyabr, AZƏRTAC
Ölkədə və dünyada elektronlaşma çox böyük sürətlə inkişaf edir və bu proses bir çox sahələrə təsir göstərir. Toxumçuluq və balıqçılıq sahəsində rəqəmsallaşmanın tətbiqi yeni qanunların gətirdiyi ən böyük yeniliklərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yeni qəbul olunmuş Toxumçuluq və Balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunları ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu dəyişikliklər həmin sahələrdə çalışan subyektlərin ehtiyaclarının qarşılanmasına, dövlət nəzarətinin məsafədən aparılmasına, eləcə də subyektlərin dövlət xidmətlərinə rəqəmsal formada əlçatanlığının artırılmasına və daha asan hala gətirilməsinə yönəlib.
“Rəqəmsallaşmanın tətbiqi sahələrdə fəaliyyət göstərən subyektlərin müasir dövrün tələblərinə uyğun fəaliyyətini davam etdirməsi baxımından da əhəmiyyətlidir”,- deyə nazir müavini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:14]