Nazir müavini Sarvan Cəfərov Hacıqabulda vətəndaşlarla görüşəcək
Bakı, 10 aprel, AZƏRTAC
Kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Sarvan Cəfərov aprelin 13-də, saat 09:00-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Hacıqabul və Şirvan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-544-74-94) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:38]
Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var
- 07.10.2026 [15:30]
Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək
- 07.10.2026 [14:49]
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
- 07.10.2026 [14:41]
Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb
- 07.10.2026 [12:57]
Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO
- 07.10.2026 [12:54]
Tərtərdə pambıq yığımına başlanılıb
- 07.10.2026 [11:52]