Nazir müavini: Tibbi tullantıların əsas təhlükəsi mikrobioloji tərkibinə görədir
Bakı, 21 dekabr, AZƏRTAC
Təhlükəli və təhlükəsiz tullantıların idarə edilməsi, zərərsizləşdirilməsi və onların utilizasiyası iqtisadi baxımdan fərqli məsrəf tələb edir. Məsrəf artıq olmasın deyə, iqtisadi səmərəlilik baxımından tibbi tullantıların hamısının birlikdə deyil, çeşidlənmiş şəkildə idarə olunması tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclisdə keçirilən “Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə deyib.
Nazir müavini bildirib ki, tibbi tullantıların əsas təhlükəsi mikrobioloji tərkibinə görədir: “Bizim ölkəmizdə tibbi tullantıların idarə olunması ilə bağlı problemlər mövcuddur. Bu problemlərin araşdırılması və vəziyyətin yaxşılaşdırılması istiqamətində təkliflərin verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə İşçi qrup yaradılıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]