İQTİSADİYYAT
Nazir müavini: Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında məsafəni daha da azaldacaq
Bakı, 21 dekabr, AZƏRTAC
Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycan arasında ikili ticarət həcminin artmasında önəmli rol oynayacaq. Dəhlizin açılması Azərbaycanla Türkiyə arasında məsafəni 260 km daha da azaldacaq.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Özgür Volkan Ağar Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu” panelində çıxışı zamanı deyib.
"Bu dəhliz region ölkələri arasında münasibətlərə də müsbət təsir göstərəcək. Zəngəzur dəhlizi strateji layihədir və onun köməyi ilə Çindən Avropaya maneəsiz hərəkət və coğrafi əlçatanlıq təmin ediləcək. Nəticədə yükdaşımaları azalacaq, sürətli tranzit təmin olunacaq və ticarət həcmi artacaq. Bu dəhliz Mərkəzi Asiyada ticarətə müsbət təsir göstərəcək”, - deyə Özgür Volkan Ağar bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [17:34]
“Unibank”ın dəstəyi ilə uşaqlar üçün bayram tədbiri keçirilib
- 03.06.2024 [16:52]
Bakıda “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib
- 03.06.2024 [16:34]
® “Azerconnect Group” Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır
- 03.06.2024 [16:25]
Pul bazası azalıb
- 03.06.2024 [16:21]
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
- 03.06.2024 [16:20]