REGİONLAR
Nazir Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti ilə görüşüb






Sumqayıt, 23 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt Dövlət Universitetində (SDU) olub.
AZƏRTAC xəbər verir ki, ali məktəbin rektor və professor-müəllim heyəti ilə görüşən nazir ölkənin elmi-intellektual potensialının inkişafına töhfələr vermiş müəssisənin tarixi inkişaf yolu və region üçün mütəxəssis hazırlığı sahəsində rolundan danışıb. Bununla yanaşı, nazir dövlətin inkişaf prioritetlərinə uyğun olaraq universitetin qarşısında duran vəzifələri qeyd edib.
Kollektivə uğurlar arzulayan Emin Əmrullayev SDU-nun nüfuzlu elmi tədris mərkəzi kimi tanınmaq üçün daha da inkişaf edəcəyinə inamını ifadə edib.
Görüş zamanı universitetə yeni təyin olunmuş rektor Rüfət Əzizov ali təhsil ocağında tədris və təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələr barədə məlumat verib.
Görüşdən sonra nazir universitetdə yaradılmış şəraitlə tanış olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.11.2023 [23:51]
Sumqayıtda ölümlə nəticələn yol qəzası baş verib
- 30.11.2023 [22:22]
Şabranda yol kənarından silah-sursat tapılıb
- 30.11.2023 [17:45]
Göygöldə torpaqların idarə edilməsi sahəsində müzakirələr aparılıb
- 30.11.2023 [17:30]
Bərdədə yük və minik avtomobili toqquşub
- 30.11.2023 [16:51]
Xaçmazlı iş adamları şəhid anasına ev hədiyyə ediblər
- 30.11.2023 [16:08]
FHN-in Gəncə Regional Mərkəzi ADAU-da təlim keçib
- 30.11.2023 [16:06]
Füzulidə yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb
- 30.11.2023 [15:58]