NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Azərbaycan hökumətinin başçısı demişdir ki, İsveçrə nümayəndə heyətinin ölkəmizə səfəri, keçirilmiş görüşlər və danışıqlar ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəkdir. Keçən il ölkələrimiz arasında əmtəə dövriyyəsi 28 milyon dollar olmuşdur. Martda Azərbaycan-İsveçrə hökumətlərarası iqtisadi komissiyasının ikinci iclasını keçirməyi planlaşdırılır. İsveçrə şirkətləri Azərbaycan paytaxtının su təchizatı layihəsinndə iştirak edirlər.
A.Rasizadə qonaqlara ölkəmizin iqtisadi uğurları, həyata keçirilən qlobal enerji layihələri barədə məlumat vermiş və bildirmişdir ki, Azərbaycan öz iqtisadiyyatında İsveçrə sərmayədarlarının iştirakının genişlənməsində maraqlıdır. Baş nazir demişdir ki, Artur Rasizadə vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Azərbaycan üçün əsas problem olaraq qalır.
Xanım Kalmi-Rey demişdir ki, İsveçrə Azərbaycanda bir çox sahələri əhatə edən müxtəlif layihələrin iştirakçısıdır. Azərbaycan qaçqınlarına texniki-humanitar yardım göstərilməsi Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın öncül istiqamətidir.