Nazirliyin şöbə müdiri buraxılış və qəbul imtahanlarında sualların məzmunundan danışıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Son zamanlar məktəblərə göndərilən qiymətləndirmə barədə təlimatlarımızda da qeyd olunub ki, qapalı test tapşırıqları yeganə qiyməyləndirmə vasitəsi deyil.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, test tapşırıqları bütün fənlərə müvafiq deyil. Qapalı testlərlə şagirdin biliyi 60-70 faiz qiymətləndirildiyi üçün, açıq tipli suallara ehtiyac yaranır. Bu suallarla şagirdin yazı işi, şifahi nitqi qiymətləndirilir.
Vəfa Yaqublu buraxılış və qəbul imtahanlarında sualların məzmununa da toxunub: “Bu suallar şagirdin baxış bucağını və öyrəndiklərini həyata tətbiqini hansı formada başa düşdüyünü ölçən suallardır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]