NBA-da çıxış edən ulduz basketbolçunun zədəsi ciddi deyil
Bakı, 7 yanvar, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Denver Naqqets” komandasının üzvü Nikola Yokiçin durumuna aydınlıq gəlib.
AZƏRTAC ESPN-ə istinadla xəbər verir ki, serbiyalı mərkəz oyunçusunun zədəsi ciddi deyil və o, yanvar ayının sonuna qədər parketə qayıda bilər.
“Mayami Hit”lə matçda (123:147) zədələnən ulduz basketbolçuya diz hiperekstenziyası diaqnozu qoyulub.
Qeyd edək ki, Nikola Yokiç bu mövsüm 32 oyunda iştirak edib və hər matçda orta hesabla 29,6 xal, 12,2 ribaund, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]