“NEFT DAŞLARI” NQÇİ-NİN KİTABXANASINA ŞAİR VLADİMİR QAFAROVUN ADI VERİLMİŞDİR
Kitabxana kütləvidir. Oxucular burada həm texniki, həm də bədii və siyasi ədəbiyyatla tanış ola bilərlər. Kitabxananın fondunda on mindən çox kitab var. Fond təkcə NQÇİ-nin hesabına alınan kitablarla deyil, həm də hədiyyə olaraq verilən kitablar hesabına zənginləşir. Burada 70 nəfərlik oxucu zalı da açılmışdır.
Mayın 19-da Vladimir Qafarovun 69 yaşı tamam olacaqdı. Kitabxanada bu münasibətlə onun mədəndə fəhlələrlə görüşdüyü anları əks etdirən fotoşəkillərindən və şer kitablarından ibarət stend yaradılmışdır. NQÇİ yaxın günlərdə şairin xatirə gecəsini keçirmək niyyətindədir.
Xatırladaq ki, Vladimir Qafarov əməkdar incəsənət xadimi, “Humay” və M.Müşfiq mükafatlarının nominantıdır.