NEFT EMALI KOMPLEKSİNİN SƏMƏRƏLİLİYİ YÜKSƏLİR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, neft emalı kompleksində istehsalın səmərəliliyinin yüksəldilməsi, ilkin və təkrar emal qurğularının işinin müasir tələblərə uyğunlaşdırılması tədbirləri müsbət nəticələr verir. “Azərneftyağ” neft emalı zavodunda hazırlanan soba mazutunun müəyyən hissəsinin Heydər Əliyev adına Bakı neft emalı zavodunda təkrarən emal olunması nəticəsində alınmış əlavə xammalın həcmi əvvəlki illərə nisbətən 67 faiz artmışdır.
Bu tədbirin ardıcıl həyata keçirilməsi nəticəsində son üç ildə 1.560 min ton ilkin emal mazutundan 1.026 min ton soba mazutu, 300 min ton yüksək oktanlı avtomobil benzini və 75,3 min ton maye qaz istehsal olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]