NEFT HASİLATI NƏZƏRDƏ TUTULANDAN ÇOX OLMUŞDUR
Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, noyabrda nəzərdə tutulandan 14,2 min ton çox, yəni 733,2 min ton neft çıxarılmışdır. Ötən ay dövlətə təhvil verilən neftin həcmi də proqnozdan 7,1 min ton çox olmuşdur.