Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 17 mart, AZƏRTAC
Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov “SOCAR Downstream Management” MMC-nin baş direktoru Mustafa Mesut İlter ilə görüşüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Vaqif Abbasov qonaqlara institutun tarixi, burada aparılan tədqiqatlar, istehsalata tətbiq olunan elmi nəticələr, elmi müəssisədəki analitik cihazlar və Heydər Əliyev adına Neft Emalı Zavodu ilə əməkdaşlıq haqqında məlumat verib.
Mustafa Mesut İlter Heydər Əliyev adına Neft Emalı Zavodunda gedən yenidənqurma işləri, tikilən qurğular, istehsal olunacaq yeni məhsullar haqqında məlumat verib.
Tərəflər əməkdaşlıq sahəsində müzakirələr aparıb, ayda bir dəfə bu cür görüşlərin keçirilməsini qərara alıblar.
Sonda qonaqlar institutda akademik Yusif Məmmədəliyevin Memorial Muzey ilə tanış olublar.