“NEFT MÜQABİLİNDƏ ƏRZAQ” QALMAQALINDA 2 MİNDƏN ÇOX ŞİRKƏTİN ADI ÇƏKİLİR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Volker komissiyasının Nyu-Yorkda yayılmış siyahısında “Neft müqabilində ərzaq” proqramı çərçivəsində maliyyə fırıldaqlarında BMT-nin üzvü olan 60 ölkənin 2 mindən çox şirkətinin adı çəkilir. Siyahıda bir çox ölkələrin hazırkı və keçmiş vəzifəli şəxslərinin, biznesmenlərinin adlarına da rast gəlmək olar.
Sənəddə BMT-nin keçmiş baş katibi Butros-Butros Qali və onun xanımının, Səddam Hüseyn hökumətinin, demək olar, bütün üzvlərinin və hətta Fransa XİN başçısının keçmiş diplomatik müşavirinin adları da vardır. Siyahıda bir sıra məşhur ABŞ neft şirkətlərinin və biznesmenlərinin, habelə “Daymler-Kraysler” avtomobil şirkəti nümayəndəsinin də adları çəkilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]