“NEFT TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ” ÇAP OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzi “Neft terminləri lüğəti”ni nəşr etdirmişdir. Hollandiyanın N(o)vib və Böyük Britaniyanın İnternational Alert təşkilatlarının maliyyə dəstəyi ilə çap olunan kitabda neft sənayesində ən çox istifadə edilən, ictimai maraq doğuran, mənası heç də həmişə tam başa düşülməyən, dəqiq anlaşılmayan 400 terminin izahı verilmişdir.
Kitaba respublikamızın neft sahəsində çalışan tanınmış alimlər rəy vermişlər.