“Neftçi” Çempionlar Liqası üçün 10 futbolçu transfer edib
Bakı, 2 sentyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının birinci mərhələsində mübarizə aparacaq “Neftçi”nin qadınlardan ibarət komandası heyətini 10 futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “ağ-qaralar” qapıçı mövqeyinə Aytac Şərifovanı (sonuncu klubu “Trabzonspor” Türkiyə), müdafiəyə Alina Nəhmədova (“Sumqayıt”), Fidan Cəfərova (“Baku Juniors”), Sevgi Sevin Ergen (“Trabzonspor” Türkiyə) və Güzide Alçunu (“Amedspor” Türkiyə), yarımmüdafiə zonasına Eda Nur Özbay (“Bornova Hitab Spor” Türkiyə), Meryem Küçükbirinci (“Trabzonspor” Türkiyə), Şehriban Dülek (“Amedspor” Türkiyə) və Vüsalə Seyfəddinovanı (“Olimpiada İmittou” Yunanıstan), hücuma isə Xanım Əsədovanı (“Sabah”) transfer edib.
Qeyd edək ki, sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində Avstriyanın “Sankt-Pölten” komandası ilə təşkil olunacaq oyun saat 18:00-da başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]