“Neftçi İdman Klubu”nun cüdoçuları paytaxt birinciliyinə uğurla start veriblər
Bakı, 13 oktyabr, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində 18 yaşadək yeniyetmə cüdoçular arasında paytaxt birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə “Neftçi İdman Klubu”nun üç cüdoçusu mükafatçılar sırasında yer alıb.
Klubun yetirməsi Əlihümbət Qafarov (50 kq) yalnız həlledici görüşdə məğlub olub və Bakı birinciliyinin gümüş medalına layiq görülüb. Cavid Piriyev və Çingiz Fəttahov (hər ikisi 55 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Qaliblərə Azərbaycan Cüdo Federasiyası, eləcə də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]