“Neftçi İdman Klubu”nun stolüstü tennisçiləri ölkə birinciliyində uğurla çıxış ediblər
Bakı, 23 mart, AZƏRTAC
“Şüa” İdman Kompleksində stolüstü tennis üzrə ölkə birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, 2000-2002-ci və 2003-cü illər təvəllüdlü və daha azyaşlı oğlan və qızlar arasında təşkil olunan yarışda Bakı, Sumqayıt, Şəki, Şirvan, Şabran, Salyan və Gədəbəyi təmsil edən komandalardan 100-dən çox idmançı bacarığını nümayiş etdirib.
“Neftçi İdman Klubu”nun yetirmələrindən Vahid Cavanşirov komanda yarışında qızıl medala yiyələnib. Zemfira Mikayılova isə ikinci yeri tutub. Bu idmançı şəxsi yarışlarda da eyni uğura imza atıb. Qoşa yarışlarında Xədicə Əbilzadə və Zemfira Mikayılovadan ibarət cütlük bürünc medal qazanıb. Qarışıq-qoşa yarışlarında isə İbrahim Ansari-Zemfira Mikayılova cütlüyü gümüş medala layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]