“Neftçi” klubu yeni transferi Keysuke Honda ilə müqavilə imzalayıb
Bakı, 15 mart, AZƏRTAC
“Neftçi” klubu yeni transferi Keysuke Honda ilə rəsmi müqavilə imzalayıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, müqavilənin imzalanması mərasimindən sonra 35 yaşlı yaponiyalı yarımmüdafiəçiyə “Neftçi”nin heyətində çıxış edəcəyi 4 nömrəli forma təqdim olunub.
Klubun prezidenti Kamran Quliyev yeni transferlə mövsümün sonunadək müqavilə imzalandığını və lazım gələrsə müqavilənin müddətinin uzadıla biləcəyini vurğulayıb. O, K.Hondanın yeni komandasına çempionluğa gedən yolda dəstək olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, Keysuke Honda Yaponiya millisinin heyətində keçirdiyi 98 oyunda 37 qol vurub. O, İtaliyanın “Milan” klubu ilə yanaşı, Niderlandın “Venlo”, “Vitess”, Rusiyanın MOİK (Moskva), Meksikanın “Paçuka”, Avstraliyanın “Melburn Viktori”, Braziliyanın “Botafoqo” komandalarında da çıxış edib.
Ulduz futbolçunun sonuncu dəfə Portuqaliyanın “Portimonense” klubu ilə müqavilə imzalasa da fevralın 11-də bu klubla yollarını ayırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]