“Neftçi” klubunun samboçuları ölkə çempionatında 18 medal qazanıblar
Bakı, 23 fevral, AZƏRTAC
Bakı İdman Sarayında yeniyetmələr, gənclər və böyüklər arasında sambo güləşi üzrə keçirilən Azərbaycan birinciliyi və çempionatına yekun vurulub. “Neftçi” idman klubunun təmsilçiləri yarışda uğurla çıxış edərək 18 medala (8 qızıl, 4 gümüş, 6 bürünc) sahib olublar.
Klubdan AZƏRTAC-a bildiriblər ki, böyüklər arasında Hacıalı Qasımov (71 kq), Adil Adilzadə (79 kq), Ceyhun Hüseynov (88 kq) və Şirin Cavadzadə (98 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclərdən Sahib Babayev (58 kq) və Məhəmməd Məmmədzadə (+98 kq), yeniyetmə samboçulardan isə Toğrul Kərimli (53 kq) və Camal Baqişov (88 kq) eyni uğura imza ataraq çempionluq sevinci yaşayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]