“Neftçi” klubunun yeni strukturu təsdiqlənib
Bakı, 26 sentyabr, AZƏRTAC
“Neftçi” futbol klubunun yeni strukturu təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, kluba Müşahidə Şurası rəhbərlik edir.
Klubun baş icraçı direktoru isə Fərrux Mahmudovdur. Müşahidə Şurasının idman üzrə müşaviri vəzifəsini Kamil Məmmədov yerinə yetirir.
Strukturda yeni departamentlər qruplaşdırılıb. İdman direktoru isveçli mütəxəssis Yens Andersson, administrativ işlər üzrə direktor isə Səbuhi Rzayevdir. Maliyyə üzrə direktor vəzifəsini Namiq Əlizadə icra edir.
“Neftçi”nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.
Yenilənmiş struktur daha da mərkəzləşdirilib. Bu struktura əsasən, departamentlər baş icraçı direktora tabedir, baş icraçı direktor isə müvafiq olaraq Müşahidə Şurasına hesabat verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]