“NEFTÇİ” PFK-YA YENİ BAŞ MƏŞQÇİ TƏYİN OLUNMUŞDUR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, çexiyalı mütəxəssis Vlastimil Petrjela Bakının “Neftçi” peşəkar futbol klubunun yeni baş məşqçisi təyin olunmuşdur. Dördqat Azərbaycan çempionu Avropa miqyasında yaxşı tanınan çalışdırıcı ilə birillik müqavilə bağlamışdır.
Dünya futbol məşqçiləri arasında özünə layiqli yer qazanmış Vlastimil Petrjelanın tərcümeyi-halı uğurlu idman nailiyyətləri ilə zəngindir. O, 2002-ci ildən 2006-cı ilədək Sankt-Peterburqun "Zenit" klubunda baş məşqçi kimi çalışmışdır. Sonuncu dəfə Çexiyanın "Siqma" klubunda çalışan 54 yaşlı Vlastilin Petrjela vaxtilə futbolçu kimi Çexiyanın "Brno", "Olomouts", “Prosteyov”, “Şeb” və "Slaviya" klublarında çıxış etmişdir. Futbolçu karyerasını başa vurduqdan sonra "Slaviya", "Sparta", "Bogemians", "Slovan" və "Mlada Boleslav" klublarında məşqçi kimi çalışmışdır. O, 1982-ci ildə İspaniyada keçirilən futbol üzrə dünya çempionatında Çexiya (o zamanlar Çexoslovakiya) yığma komandasının heyətində çıxış etmişdir. "Bogemians" və "Slovan" klubları onun rəhbərliyi dövründə Çexiyanın birinci liqasına vəsiqə qazanmışlar. Praqa "Sparta"sı isə 1996-cı ildə Çexiya kubokuna sahib olmuşdur. V.Petrjela 2003-cü ildə "Zenit"lə Rusiya çempionatının gümüş medalını qazanmışdır.
1994-cü ildə Çexiyanın ən yaxşı məşqçisi adına layiq görülmüş V.Petrjela həmçinin, “Bir dəfə Rusiyada və yaxud Çexiyadan sevgilərlə” kitabının müəllifidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]