“Neftçi” “Qarabağ”ı məğlub edib
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Azərbaycan Premyer Liqasının 9-cu turunda oynanılan “Neftçi” - “Qarabağ” oyunu başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda hesabı paytaxt təmsilçiləri açıblar. Belə ki, Dario Federikonun cinah ötürməsi zamanı top ağdamlıların müdafiəçisi Abbas Hüseynovun ayağına dəyərək qapıdan keçib - 1:0. Daha sonra “Neftçi” qarşılaşmanın 25-ci dəqiqəsində hesab arasındaki fərqi iki topa çatdırıb. Mirabdullah Abbasov oyunda yenidən məhsuldar ötürmə ilə yadda qalan Dario Federikonun ötürməsini qola çevirib - 2:0. Birinci hissəyə komandalar “flaqman”nın 2:0 hesablı üstünlüyü ilə yollanıb.
Fasilədən sonra əks hücumlara bel bağlayan “Neftçi” matçın sonlarında - 84-ci dəqiqədə qapısında qol görüb. Mahir Mədətov adını tabloya yazdırıb - 1:2. Bu da oyunda son qol olmayıb. Emil Mahmudov cinahda Rəşad Sadıqovu keçərək çempionatın bombardiri Baqali Daboya ötürmə verib, sonuncu fürsəti əldən verməyib. Beləliklə, görüş “Neftçi” klubunun 3:1 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Neftçi” xalların sayını 21-ə çatdıraraq turnir cədvəlində birinci yerdəki mövqeyini qoruyub saxlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]