Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neftçilər cəbhədəki qələbələrlə bağlı Azərbaycan Prezidentinə müraciət ediblər

Neftçilər cəbhədəki qələbələrlə bağlı Azərbaycan Prezidentinə müraciət ediblər

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də SOCAR-ın baş ofisində şirkətin rəhbərliyinin iştirakı ilə onlayn müşavirə keçirilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, müşavirədə neftçilərin Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda həyata keçirdiyi müzəffər siyasətə, dövlətimizin başçısının Ermənistan rəhbərliyinin xəyanətkar siyasətini ifşa edən, ona layiq olduğu yeri göstərən tarixi müraciətində Ermənistana qarşı irəli sürdüyü şərtlərə mütləq dəstək ifadə olunub. Qeyd edək ki, həmin şərtlərdə Ermənistanın baş nazirindən bir il bundan əvvəl bizim torpaqlarımızda “Qarabağ Ermənistandır” deməsinə görə Azərbaycan xalqından üzr istəməsi və Qarabağ Ermənistan deyil deməsi, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi, Ermənistan silahlı qüvvələrinin hansı gündə, hansı bölgədən çıxmasını bəyan etməsi tələb olunur.

Müşavirədə qeyd olunub ki, Azərbaycan neftçiləri bütün xalqımızla bərabər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Böyük Qələbə gününün yaxınlaşması üçün əllərindən gələni edəcəklərini bildirirlər. Daha sonra SOCAR rəhbərliyi bu şanlı, çətin və məsuliyyətli günlərdə ölkəmizə, Ordumuza əlavə dəstək imkanlarını müzakirə edib. Bütün şirkət üzrə Orduya yardım kampaniyasının təşkili və mexanizmi barədə fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul olunub. Yaxın günlərdə şirkət əməkdaşlarının Silahlı Qüvvələrə Yardım Fonduna ianələrinin toplanması təşkil olunacaq. Müşavirənin sonunda cəbhədəki qələbələrdən daha da ruhlanan Azərbaycan neftçilərinin bu tarixi günlərdə Azərbaycan Respublikasının Prezidentinə müraciəti oxunub. Müraciətin mətnini aşağıda təqdim edirik:

“Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan!

Zati-alinizin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı bir-birinin ardınca mənfur düşməndən azad etməsi, mühüm strateji yüksəkliklərdə və yaşayış məntəqələrində şanlı bayrağımızın dalğalanması bütün xalqımız kimi biz neftçilərin də qəlbini hədsiz qürur və iftixar hissi ilə doldurur. Sevincimizin həddi-hüdudu yoxdur. Suqovuşan qəsəbəsinin, Cəbrayıl şəhərinin və ətraf kəndlərin, habelə Tərtərdə, Füzulidə işğal altında olan onlarla yaşayış məntəqəsinin azad edilməsi həsrətlə gözlədiyimiz xəbərlərdir və bizi daha böyük əmək qələbələrinə ruhlandırır.

Sizin qətiyyətli və müdrik əmrləriniz, cəbhədə düşməni günbəgün geri çəkilməyə məcbur edən qəhrəman əsgərlərimizin rəşadəti bizi bir daha əmin edir ki, müzəffər ordumuzun torpaqlarımızı son qarışınadək düşməndən azad edəcəyi və üçrəngli bayrağımızın doğma Qarabağ üzərində göylərə yüksələcəyi Böyük Qələbə günü yaxındır. Bu günlər biz hamımız müqəddəs Vətən torpaqlarının azadlığı uğrunda bütün cəbhə boyunca qalibiyyətlə irəliləyən igid oğullarımıza öz əməyimizlə, arxa cəbhədə qazanılan uğurlarla dəstək olmağa çalışırıq.

Sizin rəhbərliyiniz altında müasir Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı bu günlərdə bir yumruq kimi birləşən xalqımızın gücü yağı düşməni işğal etdiyi müqəddəs torpaqlarımızdan təşviş içində qaçmağa məcbur edir. Azərbaycan xalqı bu tarixi zəfər yürüşündə inamla addımlayaraq Sizin müdrik siyasətinizin, yorulmaz fəaliyyətinizin nəticəsi olan sarsılmaz birliyini və həmrəyliyini bütün dünyaya qürurla nümayiş etdirir. Şübhə yoxdur ki, məkrli düşmən və onun havadarları bu birliyin qarşısında davam gətirmə bilməyəcək. Azərbaycanın dinc əhalisini, mülki obyektlərini atəşə tutan düşmənin təxribatları xalqımızı qələbə yolundan döndərməyəcək, onun döyüş və qələbə əzmini sarsıda bilməyəcək. Bizim işimiz haqq işidir, mübarizəmiz xeyrin qələbəsi uğrundadır, biz şərə qarşı döyüşür, ədaləti bərpa edirik və bu yolun sonuna qədər alnıaçıq, üzüağ irəliləyəcəyik. Azərbaycan xalqı yenilməzdir, çünki onun sonsuz inam və qürurla arxasınca getdiyi qüdrətli Sərkərdəsi və rəşadətli Ordusu var. Dünən Ermənistan rəhbərliyinin xəyanətkar siyasətini ifşa edən, ona layiq olduğu yeri göstərən tarixi müraciətiniz bütün Azərbaycan vətəndaşlarının ürəyindən xəbər verdi. Sizi dinlədikcə məntiqinizə, iradənizə heyran qalır, ürəyimizdən tikan çıxırdı. Bu müraciət bütün xalqımızın, o cümlədən Azərbaycan neftçilərinin mübarizə ruhuna inanılmaz təkan verdi. Bu gün SOCAR-ın əməkdaşları həm könüllülər sırasında ön cəbhədə, həm də arxa cəbhədə Vətən uğrunda mübarizə aparırlar. İnamla döyüşür, həm də yorulmaq nədir bilmədən iqtisadiyyatımızın qüdrətini günbəgün artırmaq naminə əzmlə çalışırlar. Bu gün əmək növbəsində olanlarımız da döyüşlərə qatılmaq şövqü ilə yaşayır, könüllülər olaraq, hər an əmrinizi intizarla gözləyirlər.

Cənab Ali Baş Komandan, biz neftçilər Azərbaycanın ərazi bütövlüyünün bərpası, uzun illərdən bəri haqqı tapdanmış soydaşlarımızın öz doğma ocaqlarına qayıtması, Vətənimizin və xalqımızın əbədi azadlığı və xoşbəxtliyi naminə başladığınız bu haqq işinizə sona qədər sadiqik və əmrinizi gözləyirik. Bu gün hamımız şanlı Azərbaycan əsgəriyik. Vətənimizin işğaldan tamamilə azad olunacağı anı günbəgün, saatbasaat yaxınlaşdırmaq üçün hamımız əlimizdən gələni etməli, gecə-gündüz çalışaraq, Azərbaycanın haqq işinə - ədalətin təntənəsinə töhfəmizi verməliyik.

Qoy Uca Allah bu müqəddəs mübarizədə Sizə kömək olsun. Haqq uğrunda döyüşən övladlarımıza güc-qüvvət versin, onların zəfər yolunu daim açıq etsin. Vətənimizin üzərindən qara buludlar birdəfəlik çəkilsin, azadlıq günəşinin şəfəqləri düşmən tapdağından qurtulmuş torpaqlarımızı yenidən canlandırsın, bərəkətli etsin. Tanrı Sizi və xalqımızı qorusun!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb