NEFTÇİLƏRİN QAYĞISI
Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, şirkətin struktur bölmələrinin balansında olan obyektlərdə 15 min nəfərə yaxın qaçqın və məcburi köçkün işlə təmin olunmuşdur.
Respublikamızın ərazi bütovlüyü uğrunda döyüşlərdə şəhid olmuş 305 neftçinin ailəsinə və 211 əlilə isə maddi və mənəvi yardım göstərilir.