“Neftçi”nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib
Bakı, 10 oktyabr, AZƏRTAC
Zədə səbəbindən Azərbaycan milli komandasının düşərgəsindən ayrılan “Neftçi”nin futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında təcrübəli yarımmüdafiəçinin iki həftə müalicə alacağını bildirib.
“Eddi “Qarabağ”la oyunda zədə alıb. Epizodların birində ona qarşı kobudluq zamanı yıxılarkən bud əzələsində dartılma baş verib. Hazırda ağrıları var. Təxminən iki həftəlik müalicədən sonra əvvəlcə fərdi, daha sonra komanda ilə məşqlərə başlayacaq”, - deyə baş həkim bildirib.
Qeyd edək ki, “Neftçi” - “Qarabağ” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]