Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nehrəm qəsəbəsinə yeni su xətləri çəkilir - reportaj

Naxçıvan, 3 sentyabr, Nail Əsgərov, AZƏRTAC

Muxtar respublikanın böyük yaşayış məntəqələrindən biri də Nehrəm qəsəbəsidir. Bu qəsəbə həm də bərəkətli torpaqları və zəhmətkeş insanları ilə də tanınır. Nehrəm son illərdə daha da baxımlı görkəmə qovuşub. Yaşayış məntəqəsində təhsil, səhiyyə, yol infrastrukturu qurulsa da, su xətləri uzun illər yararsız vəziyyətdə idi. Bu səbəbdən sakinlər içməli su sarıdan ciddi problemlərlə üzləşirdilər. Nəhayət, sakinlərin içməli su problemi də öz həllini tapıb.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı qəsəbədə olub, görülən işlərlə maraqlanıb.

Muxtar respublikada vətəndaşların su təminatının yaxşılaşdırılması daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Bu məqsədlə yeni içməli və suvarma suyu xətləri çəkilir, mövcud xətlərin ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülür. Naxçıvanın böyük yaşayış məntəqələrindən olan Babək rayonunun Nehrəm qəsəbəsi də uzun illər içməli su çatışmazlığından əziyyət çəkib. Sakinlər içməli su təminatını qarşılamaq üçün qəsəbədə olan bir neçə su quyusundan, həmçinin su maşınlarından alınan sudan istifadə ediblər. Təbii ki, bu cür su təminatını etibarlı və dayanıqlı hesab etmək olmaz.

Babək Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Rüstəm Rüstəmovla söhbət edirik. Bildirir ki, “Babək rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması üçün genişmiqyaslı işlərə başlanılıb. 2023-2024-cü illərdə qəsəbədə içməli su şəbəkəsi üçün 7766 metr uzunluğunda müxtəlif diametrli polietilen boru xətti çəkilərək 664 ev su şəbəkəsinə qoşulub, 2028 evə su sayğacı quraşdırılıb. Kanalizasiya şəbəkəsində diametri 100 və 150 millimetr olan 23 min 188 metr uzunluğunda kanalizasiya borusu çəkilib və 2425 ev şəbəkəyə qoşulub. Ümumilikdə, 2011-ci ildən icrasına başlanan layihədə 3 minə qədər ev su və kanalizasiya şəbəkəsinə birləşdirilib, 2320 abonentlə müqavilə bağlanılıb. Hazırda 92 evdə tamamlanma işləri görülür. Layihənin icrasında əsas məqsəd vətəndaşları davamlı və dayanıqlı içməli su ilə təmin etmək, tullantı sularının küçələrə axıdılmasının qarşısını almaq, sudan səmərəli və qənaətli istifadəyə şərait yaratmaq, bir sözlə, sakinlərin rifah halını yaxşılaşdırmaqdır.

Layihənin tikinti işlərini reallaşdıran “Arkoz İnşaat” MMC-nin mühəndisi, iş icraçısı Rövşən Həsənov isə deyir ki, şirkətin Nehrəm qəsəbəsi üzrə fəaliyyəti 2023-2024-cü illəri əhatə edir. Hazırda 4 məhəllədə iş prosesi davam edir. İşlərin tam keyfiyyətlə və tez zamanda yekunlaşması üçün ərazidə kifayət qədər işçi qüvvəsi və material ehtiyatı var.

Qəsəbə sakinləri də görülən işlərdən razıdırlar. Ziyalı Ədalət Əsgərov layihənin həyata keçirilməsinə görə minnətdarlıq edərək deyib: “Uzun illər mədəniyyət sahəsində çalışmışam. İndi təqaüddəyəm. Günümü yeni saldığım həyətyanı bağa qulluq etməklə keçirirəm. Əvvəllər də təsərrüfat sahəm olub. Ümumiyyətlə, Nehrəmdə insanların əsas dolanışıq yeri torpaqdır. Hər il hektarlarla ərazidə taxıl, bostan bitkilərinin əkini həyata keçirilir. Həm suvarma, həm də içməli su sarıdan çətinliklərimiz çox olub. Düzdür, qəsəbədə sovetlər dönəmindən qalma su xətləri var idi, işləyirdi. Ancaq xətlər yararsız, mənbəyi zəif olduğu üçün su fasilələrlə verilirdi. Yəni, gün ərzində hər məhəlləyə bir-iki saat su verilərdi, ya yox. Şükürlər olsun ki, bir neçə il öncə dövlətimiz bu problemi həll etdi. Artıq bu gün hər həyətdə, mətbəxdə günün istənilən vaxtı içməli su var. Eyni zamanda, kanalizasiya xətləri də çəkilib. Atalarımız demişkən, su həyatdır, dirilikdir, aydınlıqdır, təmizlik imandan gəlir. Arzum budur ki, suyumuz hər zaman belə bol, yolumuz aydın, imanımız kamil olsun. Bütün Nehrəm camaatı adından qəsəbəmiz, bizlər üçün zəhmət çəkən, diqqət ayıranlara minnətdarlığımı bildirirəm”.

Digər sakin Akif Hüseynov isə qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi ilə regionların sosial-iqtisadi inkişafı üçün reallaşdırılan layihələrdən Nehrəmə də pay düşüb: “Bir neçə il öncə Prezidentin imzaladığı qanunla yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsi göstərilən diqqətin ən bariz ifadəsidir. Məhz bu mütərəqqi addımdan sonra Nehrəmin üzərində daha parlaq günəş doğdu, yollarımız abadlaşdı, yeni obyektlər quruldu. Nəhayət, hər bir sakinin illərdir narahatlığına səbəb olan su problemi də həllini tapdı. Nehrəmlilər yurda, torpağa bağlı insanlardır, qədir-qiymət biləndirlər. Bunu ötən əsrin 90-cı illərində sübut ediblər, bu gün də o yolla gedirlər. Mən bütün qəsəbə sakinləri adından yaradılan şəraitə görə Prezidentimizə minnətdarlıq edirəm”.

Dünyada su sarıdan hökm sürən çətinliklərə, yaşanan qıtlığa baxmayaraq, muxtar respublikada görülən qabaqlayıcı tədbirlər sayəsində bu sahədə çətinliklər aradan qalxır. Beləliklə, daha bir böyük yaşayış məntəqəsində - Nehrəmdə illərdir hökm sürən su çatışmazlığı problemi öz həllini tapdı. Əminliklə demək olar ki, yurda, elə bağlı nehrəmlilər torpaqda əkib-becərdikləri naz-nemət qədər, suyun da qədrini biləcək, ondan qənaətlə, səmərəli şəkildə istifadə edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb