“Nəqliyyat könüllüləri” koronavirus infeksiyasının profilaktikasına dair təlimat broşürləri və maskalar paylayıblar
Bakı, 2 iyun, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat könüllüləri” “Gənclik” metrostansiyası ətrafında yerləşən dayanacaqlarda və avtobuslarda vətəndaşlara koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair təlimat broşürləri və maskalar paylayıb, eləcə də sərnişinləri maarifləndiriblər.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, aksiya qarşıdakı günlərdə də davam edəcək, “Nəqliyyat könüllüləri” səhər və axşam pik saatlarında daha çox sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrdə sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaqlar.