Azərbaycan Dövlət İnformasiya Agentliyi

...Nərgizlərin gözü yaşla dolanda....
Xalq Şairi Nigar Rəfibəylinin anadan olmasından 100 il ötür

Bakı, 28 iyun (AZƏRTAC). Onun şeirləri ahəngi, lirikası, üslubu, rəngarəngliyi ilə elə ilk baxışdan diqqəti cəlb edir. Oxuduqca bir daha əmin olursan ki, bu incədən-incə, saf, təmiz misralar içdən, qəlbdən gəlir.

İyunun 29-da anadan olmasının 100 iliyini qeyd edəcəyimiz Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq Şairi Nigar Rəfibəylinin poeziyası qəlbə yatımlılığı, insanı düşündürə bilməsi, kövrəkliyi və məğrurluğu ilə bütün zamanlarda ölməzdir.

Ədəbiyyatımızda ondan əvvəl də ondan sonra da qadın şairələrimiz olub və bundan sonra da olacaqdır. Amma bu istedadlıların sırasında Nigar Rəfibəylinin adı ilk çəkilənlərdəndir. Azərbaycan ədəbiyyatında qadın şairlərimizin sırasında onun öz yeri, öz dəsti-xətti vardır. Nigar Rəfibəylinin şeirlərini oxuyanda qeyri-ixtiyari onun müəllifinin məhz xanım olduğu açıq-aşkar duyulur. Çünki bu şeirlərin ahənginə elə bir zəriflik, həssaslıq, həzinlik hopmuşdur ki, istər-istəməz bu ipək ovqatlı misraların ürək döyüntüsündə məhz qadın məhəbbətinin, həsrətinin göynərtiləri hiss edilir.

Nigar Rəfibəyli Gəncə şəhərində cərrah-həkim ailəsində anadan olmuşdur. Atası Xudadat bəy Rəfibəyov əsrimizin əvvəllərində Avropada oxumuş ziyalılarımızdan biri, ali təhsilli ilk azərbaycanlı cərrah idi. O, Azərbaycanın ilk milli hökumətində, Xalq Cümhuriyyətində nazir vəzifəsini tutmuş, sonra repressiya qurbanı olmuşdur. Nigar Rəfibəyli repressiya illərində bəy qızı olması ilə bağlı min cür əzab və əziyyətlə üzləşmişdir. Onun qohum-qardaşlarını “xalq düşməni” damğası ilə qətlə yetirmişlər. O şanlı nəsildən yadigar qalan Nigar Rəfibəyli bu ədalətsiz münasibətin acığına bütün ömrü boyu ləyaqətlə yaşamışdır. Quruluşun, zamanın, ayrı-ayrı nadanların haqsızlıqlarını torpağın, millətin ayağına yazmayaraq vaxtdan ucada dayanmışdır. Əksinə, çəkdiyi əzabların müqabilində öz məğrurluğunu saxlayaraq varlığı ilə bağlı olduğu torpağa, Vətənə övlad borcunu yerinə yetirə bilmişdir.

Nigar Rəfibəyli mənsub olduğu nəslin və xalqın ən dəyərli, unudulmaz sənətkarlarından birinə çevrilmişdir. Elə bunun nəticəsində bu gün müstəqil ölkəmizin hər yerində Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Azərbaycan ədəbiyyatının inkişafına böyük töhfələr vermiş Xalq Şairi Nigar Rəfibəylinin 100 illik yubileyi əsl poeziya bayramı kimi qeyd olunmaqdadır.

Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən Nigar Rəfibəylinin yaradıcılıq qayəsinin əsasını Vətənə bağlılıq, insanın mənəvi ucalığı təşkil edir. Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir. Onun özünəməxsus deyim və ifadə tərzi vardır. Şairənin poeziyası insanların qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır. Nigar xanımın həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb-yaratdığı və sevilə-sevilə oxunan şeirlər külliyyatı Vətən torpağının gözəlliyinə - gülünə, çiçəyinə, dənizinə, bağına, meşəsinə, fəsillərin özünəməxsus çalarlarına, dünyamızda baş verən fərəhli və nisgilli hadisələrə, ən başlıcası, insanlara, onların taleyinə, mənəvi aləminə həsr olunmuşdur. Bütün bunlar kövrək qəlbli şairənin hissini, düşüncəsini ehtizaza gətirmiş, gördüklərini şeirə çevirmişdir.

Ədibin “Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunan ilk şeirlər kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. Nigar Rəfibəyli təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan “Dənizin səsi gəlir”, “İşıqlı dünyam”, “Günəşdən gənclik istədim”, “Həzin bir axşamda düşsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” müharibə mövzusuna və müharibə əleyhinə həsr olunan “Zəfər nəğməsi”, “Anaların səsi”, uşaqlar üçün yazdığı “Balaca qəhrəman”, “Günəşin cavabı”, “Məstanın balaları”, “Bizə bahar yaraşır” kitabları ilə ədəbiyyatımızı zənginləşdirmişdir.

Görkəmli ədib Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında şairə, tərcüməçi, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi kimi pozulmaz iz qoymuşdur.

Azərbaycanla bağlı müxtəlif mövzularda yazıb-yaradan Nigar xanım dünya xalqlarının da həyatından, faciəli məqamlarından bəhs edən şeirlər qələmə almışdır.

Daim ciddi yaradıcılıq axtarışları ilə məşğul olan Nigar Rəfibəyli 1937-1939-cu illərdə “Uşaqgəncnəşr”in bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsində çalışmışdır. 1940-cı ildən ömrünün sonunadək bütün qüvvəsini yaradıcılıq işinə həsr edərək qardaş xalqların ədəbiyyatından nümunələri dilimizə çevirməklə milli mədəniyyət xəzinəmizi zənginləşdirmişdir.

Nigar xanımın yaradıcılığı bir neçə cəhətdən maraqlıdır. Hər şeydən əvvəl isə o, gözəl nəğmələrin, heç zaman unudulmayan, həmişə təzə-tər səslənən mahnıların müəllifidir. Azərbaycanın çox görkəmli bəstəkarları - Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Polad Bülbüloğlu, Vasif Adıgözəlov, Telman Hacıyev, Sevda İbrahimova və başqaları şairənin biri-birindən həzin, lirik şeirlərinə müraciət etmişlər. Gözəl səsləri ilə dinləyici qəlbini fəth edən müğənnilərimiz Nigar xanımın sözlərinə bəstələnmiş mahnıları böyük şövq və məhəbbətlə, məharətlə ifa etmişlər. Unudulmaz Bülbüldən, Rəşid Behbudovdan başlamış Zeynəb Xanlarovayadək olan məşhur müğənnilərin əksəriyyəti Nigar Rəfibəyli şeirlərinə ikinci ömür vermişlər.

Tədqiqatçılar Nigar Rəfibəylinin həmişə şairliyi ilə şəxsiyyətinin qoşa dayandığını bildiriblər. Qəlbi həyata, insanlara sevgi ilə dolu olan Nigar Rəfibəyli həmişə saf duyğuların, böyük arzuların daşıyıcısı olmuşdur. Onun ayrı-ayrı şeirləri sanki böyük bir insanın rəsminin cizgiləridir. Bu cizgilər - bu misralar bir-birinə qovuşaraq gözümüzün önündə ustad bir sənətkarın portretini yaradır.

Orijinal yaradıcılıq imkanlarına malik olan Nigar Rəfibəylinin şeirləri Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilir. Onun poeziyasında insana məhəbbət anlayışı genişdir. Əsil humanist şairlər kimi, Nigar xanım da bütün əməksevər, sülhsevər insanları sevir, onları xoşbəxt görmək istəyirdi.

Nigar Rəfibəyli Azərbaycanın şair qadınları arasında öz zərif duyğusu və intellektual səviyyəsi ilə seçilir. Onun şeirlərində Azərbaycan qadınlarının sevgi və zəhmət dünyası, ağrı və acıları bütün əlvanlığı ilə qələmə alınmışdır. Nədən yazmasından asılı olmayaraq, Nigar Rəfibəylinin poeziyasında daim müraciət olunan bir mövzu həmişə diqqət çəkmişdir. Bu, ana məhəbbəti, qadın səadəti, övlad sevgisidir. Nigar Rəfibəyli yaradıcılığında ana mövzusunun xüsusi yeri vardır. Övlad, ana məhəbbəti, onun şeirində Tanrı zirvəsinə qalxa biləcək bir dünyadır:

Döyür pəncərəmi bir acı ruzigar,

Bayırda bu axşam yenə boran var.

Bürüyüb qəlbimi coşqun arzular,

Çəkilib gözümün yuxusu, ana.

Nigar Rəfibəylinin yaradıcılığı incə və saf duyğulardan ibarətdir. Onun ən kədərli şerində belə ümidli günəşin şəfəqləri duyulur. Misraların ahəngində dan yerinin ağardığını görürsən. Bu şeirlərin ahəngində qəribə bir zəriflik vardır. Nigar xanımın lirikası geniş, vüsətli bir lirikadır. Onun palitrasındakı rənglər yalnız məhəbbətin tərənnümü, hicran yanğısının təsviri üçün deyil. Bu rənglər həyatın daha əlvan hadisələrinin inikası üçün, ictimai həyatda, insanlar arasındakı münasibətlərdə yol verilən haqsızlıqların ifadəsi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür.

Gözəl insan, unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 10-da Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Hazırda Bakı küçələrindən biri onun adını daşıyır.

Nigar Rəfibəylinin həyat və yaradıcılığı, onun həzin hisslər və incə duyğular tərənnüm edən poeziyası bütün həyatı boyu böyük şair, ictimai xadim Rəsul Rzanın həyat və yaradıcılığı ilə, necə deyərlər, qoşa addımlamışdır. O, özünün vəfalı ömür-gün yoldaşı - Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır.

Yer üzündə bir-biri üçün yaranıb, biri-birini dəlicəsinə sevənlərin sırasında Nigar Rəfibəyli ilə Rəsul Rzanın öz yeri, öz görüntüsü var. Hər iki sənətkarın ömür tarixçəsinə qızıl hərflərlə yazılmış və milyonlara örnək ola biləcək bu sevgi dastanının təsiri zaman keçdikcə azalmır, əksinə günbəgün artır. Bu ülvi, pak, böyük inam və etibardan doğan sevgidən yaranmış şeirlərin sayı isə yetərincədir. Yersiz təqiblərlə, təzyiqlərlə üzləşdikləri ən çətin günlərdə bir-birlərinə dayaq olan bu iki söz nəhəngi heç zaman sınmamış, əksinə çətinliklərdə daha da bərkiyərək, bir yerdə alınmaz qalaya çevrilmişlər. Nigar Rəsula, Rəsul da öz növbəsində xanımı Nigara çoxlu şeirlər həsr etmişdir. Bu dəyərli poetik nümunələr sırasında Nigar Rəfibəylinin Rəsul Rzaya yazdığı bu şeir elə yarandığı ilk gündən həzin musiqiyə çevrilərək hamının qəlbinə yol tapmış və tez bir zamanda ürəkləri fəth etmişdir.

Ala gözlüm, səndən ayrı gecələr

Bir il kimi uzun olur neyləyim?

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır vaxtsız solur neyləyim?

Nərgizlərin gözü yaşla dolanda

Bənövşələr baxıb qəmgin olanda

Qərənfilin gözü yolda qalanda

Yasəmənlər saçın yolur neyləyim?

Bu ailənin övladı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar da öz əcdadlarının, anasının, atasının sənət yolunu davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir. Bir ailənin üç üzvü Azərbaycanın sevilən-seçilən nümayəndəsinə çevrilmişdir. Bir ailədə üç xalq yazıçısı - Rəsul Rza, Nigar xanım Rəfibəyli və Anar. Bu, əlbəttə, bir şəcərənin tarixi üçün böyük bir səltənətdir.

Bu yazını hazırlayarkən hörmətli yazıçımız Anarın “Sizsiz”ini bir daha xatırladım. Bu kitabda övladın ana və ataya qarşı tükənməz sevgisinin böyüklüyü, əlçatmazlığı bir daha göz önündə canlanır...

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb