Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb – YENİLƏNİB 2
Bakı, 21 sentyabr, AZƏRTAC
Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsində yerləşən onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.
18:44
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
18:28
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.