Nəsimi rayonunda evdən noutbuk, kompüter oğurlayan şəxs məsuliyyətə cəlb olunub
Bakı, 3 fevral, AZƏRTAC
Nəsimi rayonunda evdən noutbuk, kompüter oğurlayan şəxs məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 31-də rayon ərazisindəki evlərin birindən 2950 manat dəyərində noutbuk, kompüter və iki gödəkcə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Mirabdullayev və Şirvan şəhər sakini F.Ağayev rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.
Hadisə ilə əlaqədar araşdırma aparılır.