“New Greek Tv” kanalı: Azərbaycan insani yardım çağırışlarına ilk cavab verən ölkələrdəndir
ABŞ-da fəaliyyət göstərən yunan kanalının rəsmi saytında “ELPIDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasına ölkəmizdən göstərilən dəstəyin təqdirəlayiq olduğu qeyd edilib.
Yazıda ELPIDA-nın təsisçisi və prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisə istinadən Azərbaycan və Yunanıstan arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycan insani yardım çağırışlarına ilk cavab verən ölkələrdəndir. M.Vardinoyannis vurğulayır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ELPIDA-nı Azərbaycandan ilk ziyarət edən şəxs olmaqla bu təşkilata böyük dəstək göstərib.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://newgreektv.com/index.php/world/item/10433-elpida-cancer-foundation-commends-azerbaijans-efforts
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]