Neymar karyerasında 300-cü qolunu vurub VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
İspaniyanın “Barselona” klubunun və Braziliya yığma komandasının futbolçusu Neymar yubiley qoluna imza atıb.
AZƏRTAC xəbər verir ki, “sambaçı” karyerasında 300-cü qolunu vurub. İyirmi dörd yaşlı hücumçu bunu 2018-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsi çərçivəsində Boliviya ilə matçda gerçəkləşdirib. Braziliya millisinin 5:0 hesablı qələbə qazandığı görüşdə Neymar qollardan birinin müəllifi olub.
O, indiyədək “Barselona”da 95, “Santos”da 138, Braziliyanın əsas yığmasında 49, ölkənin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət millilərində isə 18 dəfə fərqlənib.
Neymar əsas yığmadakı qol sayında millinin sabiq hücumçusu Zikonu üstələyib. Gənc forvard hazırda bombardirliyə görə, Pele (77 qol), Ronaldo (62) və Romarioyadan (55) geri qalır.
Qeyd edək ki, Boliviya ilə görüşün 65-ci dəqiqəsində Neymar sifətindən güclü zərbə alıb. Boliviyalı hücumçu Yasmani Dukun endirdiyi zərbə nəticəsində braziliyalı forvardın sifəti qana bulanıb. Həkimlər onu əvəzləməyə qərar verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]