Neyrocərrah: Beynəlxalq konqres yeni bilik və tanışlıqlar qazanmaqda uğurlu platforma rolu oynayacaq
Bakı, 10 may, AZƏRTAC
Bakıda keçirilən ANEA 2025 BAKU - Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi miqyas etibarı ilə çox mühüm və böyük tədbirdir. Təxminən il yarım əvvəl yaranmış təşkilat üçün bunu uğur hesab etmək olar.
Bunu Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş-beyin cərrahiyyəsi şöbəsinin müdiri Ələsgər Həsrətov Bakıda keçirilən Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi zamanı AZƏRTAC-ın müxbirinə açıqlamasında deyib.
O bildirib ki, bütün təbabət sahələrində olduğu kimi, beyin cərrahiyyəsində də çox aktual, həlli ciddi tədqiqatlar gözləyən problemlər var: “Konqresdə həmin məsələlər müzakirə ediləcək, bu sahədə dünyada baş verən yeniliklərlə tanış olacaq, həmkarlarımızla öz təcrübəmizi götür-qoy edəcəyik. Hesab edirəm ki, beynəlxalq konqres yeni bilik və tanışlıqlar qazanmaqda uğurlu platforma rolu oynayacaq və bununla biz Azərbaycanın qlobal dünyaya inteqrasiyasına kiçik töhfə verəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [18:20]
Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb
- 01.10.2026 [18:16]