Niderlandlı futbolçunun qeyri-adi seriyası davam edir
Bakı, 6 yanvar, AZƏRTAC
İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Matteys de Lixt qeyri-adi seriyası ilə diqqət çəkir.
AZƏRTAC xəbər verir ki, niderlandlı müdafiəçi peşəkar karyerası ərzində heç vaxt bir baş məşqçinin rəhbərliyi altında ardıcıl 2 mövsüm keçirməyib.
26 yaşlı oyunçu indiyədək çıxış etdiyi bütün klublarda bu halla üzləşib. O, “Ayaks”da Peter Boş, Marsel Keyzer və Erik ten Xaq, “Yuventus”da Mauritsio Sarri, Andrea Pirlo və Massimiliano Alleqri, “Bavariya”da Yulian Naqelsman və Tomas Tuxellə işləyib.
Futbolçu “Mançester Yunayted”də isə artıq Erik ten Haq və Ruben Amorimin başçılığı altında çıxış edib. Portuqaliyalı mütəxəssisin istefaya göndərilməsi onun qeyri-adi seriyasının uzanmasına səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]