NİGERİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB OLUSEQUN OBASANCOYA
Hörmətli cənab Prezident,
Laqos şəhərində neft kəmərində baş vermiş partlayış və yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 dekabr 2006-cı il.