NİGERİYADA KARİKATURA ETİRAZLARI 51 ADAMIN ÖLÜMÜNƏ SƏBƏB OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Nigeriyanın “Qardian” qəzetinin yazdığına görə, ölkənin Borno ştatında Məhəmməd Peyğəmbərə karikaturaların dərcinə etiraz aksiyası nəticəsində törədilən kütləvi iğtişaşlar zamanı 51 adam həlak olmuşdur. Vəziyyət fevralın 18-də nəzarət altından çıxmışdır. Borno ştatının mərkəzi şəhəri Mayduquridə qəzəblənmiş kütlə başqa dinlərin nümayəndələrini ölüncə döymüş, diri-diri yandırmışlar. Polis nümayişçiləri qovmaq üçün gözyaşardıcı qazdan istifadə etmişdir. Kütlə kilsələri yandırmağa, mağaza və mehmanxanaları dağıtmağa başlamışdır. İğtişaşlar zamanı 31 kilsə yandırılmışdır. Polisin məlumatına görə, 144 iğtişaşçı həbs olunmuşdur.
Bu, Afrikanın ən çox əhali yaşayan ölkəsində (140 milyon nəfər) ilk zorakı etiraz aksiyasıdır. Ölkənin 36 ştatının əhalisi iki konfessiyanın nümayəndələri arasında təxminən iki yerə bölünmüşdür.
Borno ştatının qubernatoru Mayduquri hadisələrini araşdırmaq üçün 11 nəfərdən ibarət xüsusi komitə yaratmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]