Nihad Məmmədli: XV Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazanmaq istəyirdim
Bakı, 22 iyul, AZƏRTAC
XV Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazanmaq istəyirdim. Lakin dörddəbir finalda gürcüstanlı Romeo Beridze ilə görüşdə səhvə yol verdim. Gürcüstanlı güləşçi qarşılaşma zamanı etdiyim kiçik səhvdən yararlandı. Nəticədə məğlub oldum və finala çıxa bilmədim. Rəqibin həlledici mərhələyə qədər irəliləməsi nəticəsində bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə etdim. Nəticə məni qane etməsə də, turniri üçüncü pillədə başa vurdum.
AZƏRTAC xəbər verir ki, bu sözləri turnirdə yunan-Roma güləşi üzrə 55 kiloqram çəki dərəcəsində bürünc medal qazanan təmsilçimiz Nihad Məmmədli deyib.
Güləşçimiz gürcüstanlı rəqibi ilə əvvəllər də qarşılaşdığını və hətta bir neçə dəfə ona qalib gəldiyini də diqqətə çatdırıb. O, etdiyi səhvlər üzərində işləyəcəyini və qarşıdan gələn dünya çempionatında bu məğlubiyyətin revanşını alacağını vurğulayıb.
Qeyd edək ki, Nihad Məmmədli bürünc medal uğrunda görüşdə türkiyəli Ateş Bekirə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]