NİİM: Hazırda imtahan keçirilən təhsil müəssisələrinin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir
Bakı, 3 mart, AZƏRTAC
Ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanın keçirildiyi məktəblərin qarşısındakı yollarda vəziyyət nəzarət altındadır.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əməkdaşları tərəfindən müşahidə kameraları vasitəsilə həmin yollar diqqətdə saxlanılır.
Hazırda imtahanın keçirildiyi təhsil müəssisələrinin ətrafındakı yollarda sıxlıq müşahidə edilmir.