Niko Rosberq “Formula-1”də karyerasını başa çatdırıb
Bakı, 2 dekabr, AZƏRTAC
“Mercedes” komandasının alman pilotu, karyerasında ilk dəfə 2016-cı ildə çempion titulu qazanan Niko Rosberq “Formula-1” maşınları sinfində dünya çempionatı yarışlarında iştirakını başa çatdırmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bunu o, Facebook səhifəsində bildirib. 31 yaşlı Rosberq yazıb: “Mən 25 il idi ki, “Formula-1” çempionu olmaq arzusu ilə yaşayırdım. İndi bu arzuma çatmışam”. Bu sətirlərdən sonra A.Rosberq əlavə edib ki, artıq səhifəni çevirmək və yeni həyata başlamaq vaxtı çatıb.
“Bazar günü, noyabrın 27-də Əbu-Dabi şəhərində bilirdim ki, bu, son yürüşüm ola bilər. Start ərəfəsində beynim aydın idi. Mən bunun son dəfə olacağını bilə-bilə təcrübəmin hər bir hissəciyindən zövq almaq istəyirdim. Sonra işıq söndü və həyatımın ən maraqlı 55 dairəsini yaşadım. Qərarı bazar ertəsi axşam qəbul etdim”, - dünya çempionu belə yazıb.
Niko Rosberg “Formula-1”də 11 mövsüm keçirib. Onun aktivində 206 yarış və 23 qələbə var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]