Niko Rosberq Gənc Pilotlar Akademiyası açıb
Bakı, 23 aprel, AZƏRTAC
Formula 1-in çempionu Niko Rosberq gənc pilotlara dəstək proqramına start verdiyini elan edib.
AZƏRTAC “motosport.com” saytına istinadla xəbər verir ki, N.Rosberq ötən həftəsonunda İtaliyanın Sarno şəhərində kartinq yarışlarında olub və Gənc Pilotlar Akademiyasının yaradıldığını anons edib. Layihəni “Mersedes F1” və “Petronas” dəstəkləyəcək.
N.Rosberq bildirib ki, MBM komandasının kartinq rəhbəri Dino Kyozo ilə əməkdaşlıq edəcək. Qeyd edək ki, N.Rosberq 2000-ci illərin əvvəllərində Luis Hemilton ilə birlikdə bu komandanın idman şərəfini qoruyub.
N.Rosberqin proqramına cəlb olunan ilk iki pilot 13 yaşlı ingilis Teylor Barnard və 18 yaşlı italyan Lorenso Travizanuttodur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]