Niko Rosberq: Hemilton Şumaxerin rekordunu təkrarlaya bilər
Bakı, 31 oktyabr, AZƏRTAC
Luis Hemiltonun “Mercedes”də sabiq komanda yoldaşı Niko Rosberqin fikrincə, britaniyalı yürüşçü çempion olduğu mövsümlərinin sayına görə Mixail Şumaxerə çatmaq şansına malikdir.
AZƏRTAC xəbər verir ki, Meksikada keçirilən mərhələdən sonra Hemilton Formula 1 yarışmasında beşinci yeri tutub. Luisin aktivində Qran-Pridə qazandığı 71 qələbə var. Mixail Şumaxerdə isə müvafiq olaraq, bu nailiyyətlər 7 və 91-dir.
“Hazırda Hemilton 5 çempion tituluna malikdir, bu, inanılmazdır. O, Xuan Manuel Fanxionun əldə etdiyi nailiyyətə yüksəlib. Bu, ağlasığmazdır.
İndi Hemilton ciddi olaraq Şumaxerin rekorduna doğru irəliləyə bilər. Hemiltonun “Mercedes”lə müqaviləsinə görə o, hələ iki il bu komandadadır, Mixael isə yürüşlərdə Luisdən iki titul və 20 qələbə irəlidədir. Bu nailiyyəti iki il ərzində təkrarlamaq mümkündür. Qəribədir, o, həqiqətən də bütün dövrlərin ən səmərəli nəticə göstərən pilotu ola bilər. Əminəm ki, bu, Hemilton üçün yaxşı motivasiya olacaq”, - deyə N.Rosberq bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]