Nikol Paşinyanın silahdaşı İrəvanın meri seçildi
Bakı, 10 oktyabr, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyanın silahdaşı, “Vətəndaş sazişi” partiyasının idarə heyətinin üzvü Tiqran Avinyan İrəvanın meri seçilib.
AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, mer seçkisi yeni seçilmiş Ağsaqqallar Şurasının (şəhər şurasının) ilk iclasında baş tutub. Avinyanın namizədliyinin lehinə 32, əleyhinə isə 5 səs verilib.
Tiqran Avinyan İrəvan meri postuna yeganə namizəd idi.
Xatırladaq ki, İrəvan şəhər şurasına sentyabrın 17-də keçirilmiş seçkilərin nəticələrinə əsasən, baş nazir Nikol Paşinyanın partiyası 24, keçmiş mer Hayk Marutyanın partiyası 14, “Ana Ermənistan” bloku 12, keçmiş baş nazir Aram Sarkisyanın “Respublika” partiyası 8, "İctimai səs" partiyası 7 mandat almışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]