Nizami Səfərov: Fransa insanlıq əleyhinə cinayətlərin mənbəyi kimi fəal rol oynayıb
Bakı, 3 oktyabr, AZƏRTAC
İnsanlıq əleyhinə cinayətlərin konsepsiyası məhz Afrikada hələ də izləri görünən Trans-Atlantik qul ticarəti ilə bağlıdır. Bunun təsdiqini hələ XIX əsrdə dərc edilən və beynəlxalq hüquqa həsr olunmuş bir çox dərsliklərdə, ədəbiyyatlarda görmək olar. Tam məsuliyyətlə deyirəm: insanlıq əleyhinə cinayətlərin mənbəyi məhz quldarlıq, Afrikada baş verən qul ticarətidir. Şübhəsiz ki, Fransa bu cinayətin törədilməsində çox fəal rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nizami Səfərov Bakıda keçirilən “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda söyləyib.
Qul ticarətinə görə Fransa tərəfindən reparasiyaların ödənilməsinin ən mühüm məsələlərdən biri olduğunu qeyd edən deputat vurğulayıb: “1998-ci ildə Qayanadan olan deputat Kristian Tobira Fransa parlamentində çıxış edib və xüsusi qanun layihəsi təklif edib. Həmin qanun layihəsində iki məsələ öz əksini tapmalı idi: Fransanın daxili cinayət qanunvericiliyinə uyğun olaraq quldarlığın, qul ticarətinin insanlıq əleyhinə cinayət kimi tanınması və reparasiya məsələsi, ümumiyyətlə, beynəlxalq müstəvidə reparasiya və kompensasiya. Ancaq çox təəssüf ki, bu məsələ Afrika xalqlarına, Afrika dövlətlərinə münasibətdə qanun layihəsindən kənarda qaldı”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]