Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizamişünas alim: Nizami Gəncəvinin milli mənşəyinin saxtalaşdırılması düşmənlərimizin növbəti təxribatıdır

Nizamişünas alim: Nizami Gəncəvinin milli mənşəyinin saxtalaşdırılması düşmənlərimizin növbəti təxribatıdır

Dahi şairin həm ata tərəfdən, həm də ana xətti ilə milli mənsubiyyəti türkdür

Bakı, 10 mart, AZƏRTAC

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənşəyinin saxtalaşdırılması düşmənlərimiz tərəfindən müstəqil dövlətimizə və xalqımıza qarşı yönəldilmiş növbəti təxribatlardan biridir.

Məsələnin mahiyyətini araşdırmaq üçün tarixə müraciət etməli oluruq. Bildiyimiz kimi, hələ XIX əsrdə Rusiya və İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə uyğun olaraq Azərbaycan Rusiya və İran arasında bölünmüş, Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə daxil edilmişdi.

Şimali Azərbaycanda sonuncu olaraq Dərbənd xanlığı Rusiyaya birləşdiriləndə, işğalçılar və onların erməni nökərləri belə hesab etdilər ki, artıq Azərbaycanda “türk məsələsi” həll olunur. Yəni Azərbaycan əhalisinin türk mənşəyinin saxtalaşdırılması sahəsində onların yeritdiyi məkrli siyasət baş tutmaq üzrədir. Lakin belə olmadı. Həm cənubda, həm də şimalda Azərbaycan xalqı müstəmləkə şəraitində də öz tarixini, mənsub olduğu türk dilini, mədəniyyətini, ədəbiyyatını yaşatdı.

Bu barədə AZƏRTAC-a AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva söyləyib.

Zəhra Allahverdiyeva qeyd edib ki, Şimali Azərbaycanda XX əsrdə bolşeviklər hakimiyyətə gəldikdən sonra da həmin məkrli siyasət davam etdirildi. 20-ci illərin sonunda və 30-cu illərin ortalarında, ümumiyyətlə, Azərbaycanın taleyi təhlükə qarşısında idi. Nə idi bu təhlükə?

Ermənilərin təhriki ilə Qafqaz regionunun coğrafi-siyasi xəritəsinin dəyişdirilməsi, Şimali Azərbaycanın bir çox ərazilərinin ermənilərə verilməsi, ümumiyyətlə, Azərbaycan adının silinməsi fikri gündəmə gətirilirdi. Bu məkrli siyasətin ideoloqları olan alimlər, məsələn, tarixçi-şərqşünas alim İlya Petruşevski 30-cu illərdə, ümumiyyətlə, Şimali Azərbaycanın adının dəyişdirilərək, “Şərqi Zaqafqaziya” adlanması təklifini irəli sürürdü və bununla bağlı məqalələrlə çıxış edirdi. Bu siyasətin başqa bir ideoloqu Paxomov isə öz əsərlərində Cənubu Azərbaycanı İran adı altında təqdim etməyə başladı.

Oxşar proseslər Cənubi Azərbaycan xanlıqları İrana ilhaq olunandan sonra da başlanmışdı. Amma xalqın güclü müqaviməti işğalçıya imkan vermirdi. 1925-ci ildə türk-Qacarlar nəslinin sonuncu şahı Sultan Əhməd şahı devirərək hakimiyyətə gələn şovinist fars Pəhləvilər sülaləsinin banisi Rza şahdan sonra bu proses gücləndirildi. Məlumdur ki, Fars, yəni Persiya əslində İranın bir əyaləti idi. 1935-ci ildə Rza Şah İranı arilərin, yəni hind-irandilli tayfaların torpağı elan etdi və bu məqsədlə həmin ərazilərdə yaşayan türklərin, o cümlədən Azərbaycan türklərinin dillərinin saxtalaşdırılması həyata keçirilməyə başlandı. Bu proses onun oğlu Məhəmməd Rza şah dövründə də davam etdirildi. Azəri türklərinin dili üzərində aparılan saxtakarlıqlar, bu dilin guya fars mənşəyinə bağlı olması haqqında uydurulan yalanlar buna parlaq sübutdur.

Həmin dövrdən etibarən, Şərqin farsdilli poeziya nümayəndələrinin, eləcə də Azərbaycan şairi Nizami Gəncəvinin mənşəyinin saxtalaşdırılması işinə ciddi cəhdlər göstərildi. Halbuki buna qədər, hələ 1926-ci ildə görkəmli şərqşünas-alim Yuri Marr Tehranda səfərdə olarkən, məşhur İran alimi Səid Nəfisi onunla söhbətində belə söyləmişdir: “Farslar Nizamini başa düşmürlər, onun şeirləri farslara yaddır”.

Bəli, Nizami Gəncəvi öz türk mənşəyini əsərlərində açıq-aşkar söyləmişdir:

Mənim atam, atamın atası türk idi,

Fərzanəlikdə hər biri bir qurd idi.

Qeyd olunmalıdır ki, qədim Azərbaycanın mərkəz şəhərlərindən olan Gəncə əhalisinin türklərdən ibarət olduğunu bir çox mənbələr və tədqiqatçılar təsdiq etmişlər. Y.E. Bertelsin qeyd etdiyi kimi, VII əsrdə ərəblərin işğalından sonra da Qafqaz ərazisində idarəçilik aparatını islamı qəbul etmiş yerli türk bəyləri idarə edirdi.

Nizami Gəncəvinin babası Zəki Müəyyəd-din əslən Oğuz türklərinin Boz ox qolundan çıxmış adlı-sanlı bəyzadələr nəslindən idi. O, Gəncədə din xadimi və Səlcuqlar sarayına yaxın bir şəxs idi və “Müəyyəd-din”- (Dində Allah tərəfindən qüvvət verilən, saxlanılan) tituluna layiq görülmüşdü.

Şairin anası Azərbaycanda əsil-nəcabətli, zadəgan nəslindən olan bir türk qızı idi. Gəncədə dünyaya göz açmışdı.

Nizami Gəncəvinin dayısı, yəni anasının qardaşı Xacə Ömər Gəncə sarayına yaxın, yüksək nüfuza malik bir şəxs idi. O dövrdə “Xacə” titulu şah sarayının mühafizəçilərinin başçısına verilərdi. Məşhur Dehxoda lüğətinə görə, “sarayın rəisinə - Xacə deyilirdi.” Onu da qeyd etmək vacibdir ki, türk sultan saraylarının qaydalarına əsasən, saray rəisi- Xacə vəzifəsinə cəsurluqda və sədaqətdə ad çıxarmış türk bəyzadələri seçilirdi. Elə bu faktın özü onu təsdiq edir ki, Nizaminin anası əsil-nəcabətli türk qızı olub.

Nizami Gəncəvi öz adını “Üveys” adlandırıb. “Üveys” adında türklərin totemlə bağlı kökü və tamğa işarəsi vardır. Qədim ərəblər Oğuza - “Üveys”, yəni “Qurd balası” adını vermişlər. Qədim ərəb və fars lüğətlərində “Üveys” qurd adıdır.

Bu faktlardan göründüyü kimi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin həm ata tərəfdən, həm də ana xətti ilə milli mənsubiyyəti türkdür. Şairin öz əsərlərində verdiyi məlumatlar buna parlaq sübutdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq