NOBEL MÜKAFATI LAUREATI SS QOŞUNLARINDA XİDMƏT ETDİYİNİ BOYNUNA ALDI
Qrass “Frankfurter Alemayne zaytunq” qəzetinə müsahibəsində bildirmişdir ki, 17 yaşında olarkən SS-in Drezden yaxınlığında yerləşən tank hissəsində xidmət etmişdir.
İndiyədək məlum idi ki, dünyada ən məşhur antifaşist romanlarından biri olan “Tənəkə təbil”in müəllifi Qrass alman ordusunda xidmət etmiş və Amerika hərbi qulluqçuları tərəfindən əsir alınmışdır. O, SS qoşunlarında xidmət etdiyini öz bioqrafiyasında heç vaxt göstərməmişdir.
Qrass SS-də xidmətini açıqlamaq qərarının səbəbini izah edərək demişdir ki, “bu sirri saxlamaq zərurəti uzun illər ona hakim kəsilmişdir”. O, faşist Almaniyasının süqutundan bəhs edən “Soğan soyarkən” adlı yeni romanının nəşri ərəfəsində bu müsahibəsində bildirmişdir: “Bütün ötən illər ərzində susmağım bu kitabı yazmağımın səbəblərindən biridir. Bu sirr, nəhayət ki, üzə çıxdı”.
Məşhur yazıçı etiraf etmişdir ki, gəncliyində SS qoşunlarında xidmətə görə xəcələt çəkmirdi, bu qoşunları “qaynar nöqtələrdə xidmət çəkən say-seçmə bölmə” kimi qiymətləndirirdi. Təqsirkarlıq hissi məndə yalnız uzun illərdən sonra baş qaldırdı”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]