“NOKİA”NIN CƏNUBİ QAFQAZDAİLK FİRMA SALONU AZƏRBAYCANDA AÇILMIŞDIR
Tədbirdə çıxış edən “İTC Group” şirkətinin prezidenti Samir Məmmədov demişdir ki, Cənubi Qafqazda ilk olan bu salonun açılışından məqsəd keyfiyyətsiz və saxta malların satışının qarşısını almaq, müştərilərə yüksək xidmət göstərməkdir. Bu salondan əldə ediləcək bəzi telefon modellərində menyu Azərbaycan dilində olacaqdır.
“Nokia”nın sertifikatlaşdırdığı servis mərkəzində telefonlara yüksək xidmət göstəriləcəkdir.
Tədbir iştirakçıları “Nokia”nın müxtəlif telefon modelləri ilə tanış olmuş, keçirilmiş oyunda qalib gələnlərə mobil telefonlar təqdim edilmişdir.