“Nokia”nın yeni smartfonlarının təqdimat tarixi məlum olub
Bakı, 17 mart, AZƏRTAC
Finlandiyanın “Nokia” şirkəti bir neçə yeni smartfonu üçün təqdimat keçirəcək.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “GSMArena” tərəfindən istinad edilən şəbəkə informatorları “Nokia”nın yeni məhsullarının ilkin siyahısını açıqlayıblar. Bu, “Nokia G10”, “X10” və “X20” cihazları olacaq. “G” seriyası başlanğıc səviyyəli telefonlar üçün, “X” seriyası isə orta səviyyəli qurğular üçün əsas olacaq.
“G10” modeli “MTK Helio P22” prosessoru ilə təchiz ediləcək. “5G” dəstəyinə malik olacaq “X10” və “X20” smartfonları müvafiq olaraq “Snapdragon 480” və “Snapdragon 690” prosessorları ilə təchiz ediləcək.
Təqdimat aprelin 8-nə planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]