Norveçdə Ramazan bayramı ərəfəsində ciddi təhlükəsizlik tədbirləri görülüb
Bakı, 9 aprel, AZƏRTAC
Norveç polisi müsəlman icmasına qarşı təhdidlərdən sonra növbətçi zabitləri silahlandırmaq qərarına gəlib. Polis Departamenti rəisinin qərarı bütün ölkə ərazisində olan zabitlərə şamil edilir və şənbə günündən qüvvəyə minib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Skandinaviya ölkəsində məscidlərə ekstremistlərin hücumu ilə bağlı xəbərdarlıq edilib. Bu barədə Norveç Polis Departamentinin sözçüsü Roar Hansen bildirib.
Bu səfərbərlik müqəddəs Ramazan bayramı ərəfəsində elan olunub. Norveç polisi ümumiyyətlə silah gəzdirmir, lakin bayram günlərində müsəlman icmasını hər hansı təhlükədən qorumaq fonunda belə bir addım atılıb.
Əvvəllər bu ölkədə müsəlmanlara qarşı silahlı hücumlar edilib. 2019-cu ilin avqustunda 21 yaşlı Filipp Manşaus Oslo şəhərinin ətrafında yerləşən Baerumdakı Əl-Nur İslam mərkəzinə atəş açıb. O, bir nəfəri yaralayıb və daha sonra müsəlman ibadətçilər tərəfindən saxlanılaraq polisə təhvil verilib. Manşaus 2020-ci ilin iyununda 21 il müddətinə azadlıqdan məhrum edilib.
2011-ci il iyulun 22-də bomba və atışma nəticəsində 77 nəfərin ölümünə səbəb olan neonasist, norveçli Anders Berinq Breyvik İslama və müsəlmanlara nifrətdən qaynaqlanan fanatik kimi tanınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]