“Norway Chess”: Şəhriyar Məmmədyarov Maqnus Karlsenə məğlub olub
Bakı, 7 iyun, AZƏRTAC
Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, 6-cı turda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenə qarşı qara fiqurlarla mübarizə aparan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rəqibinə uduzub. Digər şahmatçımız Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalov ilə heç-heçə etsə də, “armageddon”da məğlub olub.
Qeyd edək ki, ötən turların nəticəsinə görə, Ş.Məmmədyarov 8,5 xalla 10 iştirakçı arasında 4-cü pillədədir. Teymur Rəcəbov isə 4 xalla doqquzuncu yerdə qərarlaşıb.
“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara 3 xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]